07:49 / 25-04-2024
Kuba prezidenti etiraz edir
MTN polkovnikinə hökm oxunub
Tarix: 10-07-2017 17:10 | Bölmə: Xəbərlər


Bu gün Bakı Hərbi Məhkəməsində ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) istintaq idarəsinin həbsdə olan sabiq şöbə rəisi polkovnik Vüsal Ələkbərovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Hakim Siyavuş Hacıyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, V. Ələkbərov 12 il müddətinə azadlıqdan məhrum edilib.

Məhkəmə V.Ələkbərovun polkovnik rütbəsindən məhrum edilməsi ilə bağlı da xüsusi qərardad çıxarıb.

Məhkəmənin hökmü ilə V.Ələkbərovun əmlakı müsadirə edilərək, zərərçəkmiş iş adamı Akif Qurbanova verilib.

Digər zərərçəkmiş şəxslərin isə mülki iddiası təmin edilməyib.(APA)





Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}