16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
Peşə təhsili ilə bağlı xüsusi layihə hazırlanır
Tarix: 14-07-2017 11:51 | Bölmə: Xəbərlər


"Azərbaycanda "Peşə təhsili haqqında” xüsusi qanun layihəsi hazırlanır. Qanun layihəsi ilə bağlı işlər artıq yekunlaşmaq üzrədir. "Peşə təhsili haqqında” qanun layihəsi parlamentin payız sessiyasında müzakirə ediləcək”.

Reyting.az-ın məlumatına görə, bunu Milli Məclisin Elm vətəhsil komitəsinin üzvü Asim Mollazadə Modern.az-a açıqlamasında deyib. Deputat bildirib ki, hazırda Azərbaycanda peşə ixtisas təhsili müəssisələrinin fəaliyyəti Nazirlər Kabineti tərəfindən təsdiqlənmiş nümunəvi nizamnamə əsasında həyata keçirilir.

"Ölkəmizdə peşə təhsili sahəsi üzrə indiyədək qanun olmayıb. "Peşə təhsili haqqında” qanun layihəsinin hazırlanması üçün bır sıra ölkələrin qanunvericilik bazası ilə tanış olmuşuq. Bir çox ölkələrdə peşə təhsili dövlət, özəl bələdiyyə mülkiyyəti formasında inkişaf edir. Azərbaycan üçün də bu variant məqbul hesab oluna bilər”.

A.Mollazadə qeyd edib ki, beynəlxalq ekspertlərlə birgə hazırlanan qanun layihəsində "Təhsil haqqında" qanunda əks olunan məsələlər, peşə təhsili müəssisələrinə qəbul qaydaları, yaş həddi, idarəetmə ilə əlaqədar məsələlər öz əksini tapacaq.

"Həmçinin peşə ixtisas məktəblərində təhsil alan tələbələrə təqaüd və təcrübə keçdiyi müddətdə maaş verilməsi məsələsi əksini tapacaq”.






Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}