İki məcəllədə dəyişiklik edilib
Tarix: 14-07-2017 20:08 | Bölmə: Xəbərlər


Prezident İlham Əliyev "Gömrük Məcəlləsində dəyişikliklər edilməsi haqqında" qanunu təsdiqləyib.

Reyting.az "APA-Economics"ə istinadla xəbər verir ki, məcəllədə dəyişikliklər gömrük işi sahəsində rəsmiləşdirilmənin, sənədlərin və məlumatların gömrük orqanlarına təqdim olunmasının təkmilləşdirilməsi, o cümlədən gömrük orqanlarına elektron formada müraciət imkanlarının genişləndirilməsi, habelə bir sıra normaların dəqiqləşdirilməsi məqsədi daşıyır.

**

Azərbaycan prezidenti İlham Əliyev Miqrasiya Məcəlləsində dədəyişikliklər edilməsi haqqında qanunu imzalayıb.

Qanuna aşağıdakı dəyişikliklər edilib:

38.6-cı maddənin birinci cümləsində "günü” sözündən sonra ", elektron vizanın sürətləndirilmiş qaydada alınması üçün müraciət edildikdə isə ən geci 3 saat” sözləri əlavə edilib.

38.8-ci maddənin birinci cümləsində "və əcnəbi və ya vətəndaşlığı olmayan şəxs tərəfindən çap edilərək Azərbaycan Respublikasının dövlət sərhədinin buraxılış məntəqəsindən keçərkən pasportla birgə təqdim olunur” sözləri ", əcnəbi və ya vətəndaşlığı olmayan şəxs Azərbaycan Respublikasının dövlət sərhədinin buraxılış məntəqəsindən keçərkən çap edilmiş elektron vizanı və ya həmin vizanın məlumatlarını sərhədkeçmə sənədi ilə birgə təqdim edir” sözləri ilə əvəz edilib.

Habelə qanuna 38.11-ci maddə əlavə edilib: "Əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər (Azərbaycan Respublikasında müvəqqəti olma müddəti uzadılmış və ya müvəqqəti yaşamaq icazəsi almış şəxslər istisna olmaqla) ölkəyə daxil olarkən təqdim etdikləri elektron viza əsasında Azərbaycan Respublikasının ərazisini tərk etməlidirlər”.

 






Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}