Jurnalistlər kirayə qayğısından azad olur – Baş redaktor
Tarix: 23-07-2017 19:46 | Bölmə: Xəbərlər


"Reytinq" qəzetinin baş redaktoru Afiq Mirzəbəyli Prezident İlham Əliyevə 22 İyul - Milli Mətbuat Günü ərəfəsində 255 jurnalisti mənzillə təmin etdiyinə görə təşəkkür məktubu ünvanlayıb.

Baş redaktor məktubunda Prezident İlham Əliyevə Kütləvi İnformasiya Vasitələrinin inkişafına göstərdiyi maddi və mənəvi dəstəyə görə təşəkkür edib. Bildirib ki, Prezident hər il olduğu kimi, bu il Milli Mətbuat Günü xeyli jurnalisti və onların ailələrini sevindirib:

"Bu il 22 İyul - Milli Mətbuat Günü ərəfəsində cənab Prezident tərəfindən 255 jurnalist həmkarımız mənzillə təmin edildi. Bu da təbii ki, özümlə bərabər illərdir kirayələrdə yaşayan çoxsaylı jurnalistlərin sevincinə səbəb oldu. Sevinənlərdən biri də "Reytinq” qəzetinin baş redaktor müavini Fazil Əhməddir. O da mənzillə təmin olundu. Buna görə, cənab Prezident, Sizə bir daha təşəkkür edirəm".

Baş redaktor bildirib ki, jurnalistlərin sosial vəziyyətinin yaxşılaşdırılması, onların mənzillərlə təmin olunması məqsədi ilə cənab Prezident 255 mənzilli üçüncü binanın təməlini atıb və dərhal bu mənzillərin tikintisi üçün maliyyə ayrılması barədə sərəncam imzalayıb:

"Bu, nəinki media işçiləri tərəfindən, həmçinin xalqımız tərəfindən də yüksək qiymətləndirilir. Bir sözlə, Prezident evə ehtiyacı olan jurnalistləri kirayə qayğısından qurtarır, onların ailə üzvləri, məktəbli uşaqları sevincə qərq olur. Bütün bunları alqışlamaq, sevinmək, dəyərləndirmək, qiymətləndirmək hər kəsin borcudur”.

Baş redaktor sonda jurnalistlərə göstərilən yüksək səviyyəli qayğı və diqqətə görə dövlət başçısı cənab İlham Əliyevə, Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi cənab Əli Həsənova və bu işdə əməyi olan digər şəxslərə rəhbərlik etdiyi kollektiv adından təşəkkürünü bildirib.

 





Bölməyə aid digər xəbərlər
27-03-2024, 09:47 Macarlar Orbana etiraz edir

{sape_links}{sape_article}