Sabiq deputata ağır cəza verilib – Hökm
Tarix: 24-07-2017 18:12 | Bölmə: Xəbərlər


Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində "Azərbaycan Beynəlxalq Bankı” ASC-dən kredit götürüb qaytarmamaqda təqsirləndirilən sabiq deputat Dünyamin Xəlilov və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Reyting.az APA-ya istinadla xəbər verir ki, hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə D.Xəlilov son sözlə çıxış edib.

O, ittihamların əsassız olduğunu və özünü təqsirli bilmədiyini deyib.

Məhkəmənin hökmü ilə D.Xəlilov 13 il müddətində azadlıqdan məhrum edilib.

Təqsirləndirilən Mənsur Zeynalov 5 il müddətinə azadlıqda məhrum edilib və o, məhkəmə zalında həbs edilib.

Qeyd edək ki, 2015-ci ilin yayından Beynəlxalq Banka kredit borcları olan şəxslərin həbsinə başlanılıb. Bu məsələ ilə bağlı bir çox iş adamı saxlanılıb. "Globus Plaza”nın sahibi olan D.Xəlilov da dələduzluqda təqsirli bilinir. O, ötən ilin fevralında Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdiyi əməliyyat zamanı saxlanılaraq, Nərimanov Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs-qətimkan tədbiri seçilib. D. Xəlilov Cinayət Məcəlləsini 178.3.2-ci (dələduzluq, külli miqdarda törədildikdə) maddəsi ilə ittiham olunur.

Digər təqsirləndirilən şəxslər isə Fərhad Əmiraslanov, Seyfulla Seyfullayev, Şakir Musayev, Ruslan İsmayılov, Rauf Əliyevdir. Dünyamin Xəlilovdan başqa digərlərinin barələrində həbs-qətimkan tədbiri seçilməyib. Onlar ümumilikdə 50 milyon manat mənimsəməkdə təqsirləndirilirlər.

Dünyamin Xəlilov hakimiyyətin müdafiə etdiyi namizəd olaraq 2005-2010-cu illərdə Zaqataladan deputat olub.

 






Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}