Ali məktəblərə ixtisas seçimi başlayır
Tarix: 28-07-2017 10:42 | Bölmə: Xəbərlər


2017-2018-ci tədris ili üzrə ali məktəblərə qəbul imtahanları yekunlaşdığından bakalavr pilləsində təhsil üçün müsabiqəyə buraxılan abituriyentlərin ixtisas seçimi başlayır.

Dövlət İmtahan Mərkəzindən bildirilib ki, bütün qruplar üzrə ixtisas seçimi sabahdan – iyulun 29-dan başlayır. Seçim avqustun 10-na qədər davam edəcək.

Müsabiqəyə buraxılanlar ixtisas seçimi üçün "Abituriyent” jurnalının 2-ci və 4-cü saylarından istifadə etməlidirlər. Jurnalın 2-ci sayında ixtisas balları, 4-cü sayında isə ixtisasların kodları dərc olunub.





Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}