Oqtay Əsədov andiçmə mərasimində iştirak edəcək
Tarix: 04-08-2017 11:11 | Bölmə: Xəbərlər


İranda prezident vəzifəsinə təkrar seçilən Həsən Ruhaninin andiçmə mərasimində Azərbaycanı Milli Məclisin sədri Oqtay Əsədov təmsil edəcək.

İranın Azərbaycandakı səfirliyindən verilən məlumata görə, O. Əsədovu parlament nümayəndə heyəti müşayiət edəcək.

Xatırladaq ki, Həsən Ruhani ikinci dəfə mayın 19-da İran prezidenti seçilib. Onun andiçmə mərasimi bu gün - avqustun 4-də parlamentdə keçiriləcək.(APA)






Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}