Abituriyentlərə yenidən xəbərdarlıq edilib
Tarix: 04-08-2017 20:20 | Bölmə: Xəbərlər

Dövlət İmtahan Mərkəzi (DİM) kolleclərə qəbul olmaq istəyən abituriyentlərə xəbərdarlıq edib.

Mərkəzdən verilən məlumata görə, ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) ixtisas seçimi avqustun 6-da saat 23:59-da başa çatır.

Qeyd olunan vaxta kimi ixtisas seçimi edib təsdiq etməyən abituriyentlər müsabiqədə iştirak edə bilməyəcəklər.





Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}