14:16 / 24-04-2024
Nəzir - Akif Abbasov yazır
Rusiya yeni sanksiya ilə üzləşib - Səbəb
Tarix: 04-08-2017 20:23 | Bölmə: Xəbərlər


Avropa İttifaqı "Siemens” şirkətinə məxsus qaz turbinlərinin qanunsuz olaraq Krıma aparılması ilə əlaqədar Rusiyaya qarşı yeni sanksiya tətbiq edib.

Avropa İttifaqı Şurasından bildirilib ki, qaz turbinlərinin Krıma aparılmasında iştirakı olan 3 Rusiya vətəndaşını və 3 şirkəti Ukraynanın ərazi bütövlüyü və suverenliyinin pozulmasına yönəlmiş fəaliyyətlərlə əlaqədar məhdudlaşdırıcı tədbirlərin təsiri altına düşən şəxslərin və qurumların siyahısına əlavə edib.: "Onların addımı Ukraynanın ərazi bütövlüyü və suverenliyini pozur”, - deyə açıqlamada bildirilir.

Sanksiyaya məruz qalan hüquqi və fiziki şəxslər aşağıdakılardır: Rusiya enerji nazirinin müavini Andrey Çerezov, nazirliyin departament rəhbəri Yevgeni Qrabçak, "Texnopromeksport”un baş direktoru Sergey Topor-Qilka, "Texnopromeksport” MMC və ASC, "Interavtomatika” QSC.

Xatırladaq ki, iyul ayının əvvəlində "Siemens” şirkəti Rusiya üçün nəzərdə tutulan qaz turbinlərinin qanunsuz olaraq Krıma aparıldığını açıqlayıb.


 





Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}