07:49 / 25-04-2024
Kuba prezidenti etiraz edir
Ali məktəblərə ixtisas seçimi başlayır
Tarix: 14-08-2017 11:13 | Bölmə: Xəbərlər


Sabahdan ali təhsil müəssisələrinin boş qalan (vakant) plan yerlərinə ixtisas seçimi aparılacaq. Boş qalan plan yerlərinin siyahısı "Abituriyent” jurnalının 8-ci sayında dərc olunacaq.

Həmin yerlərə ixtisas seçimi avqustun 15-dən 19-dək internet vasitəsilə həyata keçiriləcək. Abituriyentlər elektron ərizədə ali təhsil müəssisələrinin boş qalan plan yerlərinin ixtisasları ilə yanaşı orta ixtisas təhsili müəssisələrinin (kolleclərin) ixtisaslarının da kodlarını göstərə bilərlər.

Orta ixtisas təhsili müəssisələrinin qəbul aparılan ixtisasları "Abituriyent” jurnalının 5-ci sayında dərc olunub. Jurnalı "Abituriyent” satış köşklərindən almaq və ya www.abiturient.az saytından sifariş etmək olar.(APA)





Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}