07:49 / 25-04-2024
Kuba prezidenti etiraz edir
Tanınmış rəssam vəfat edib
Tarix: 14-08-2017 14:04 | Bölmə: Xəbərlər


Azərbaycanın tanınmış rəssamı Əsgər Əsgərov dünyasını dəyişib.

"Trend”-in məlumatına görə, bu barədə rəssamın yaxınları bildiriblər.

Ə.Əsgərov 1948-ci ildə Bakı şəhərində anadan olub. 1969-cu ildə Bakı Dövlət Rəssamlıq Məktəbinə qəbul olub, 1973-cü ildə həmin məktəbi bitirib. 1975-1980-ci illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində təhsil alıb. 1984-cü ildə SSRİ Rəssamlar İttifaqına qəbul olunub.

1973-cü ildə beynəlxalq və ümumrespublika sərgilərində, eləcə də Azərbaycanda və xaricdə rəsm, qrafika, sulu boya, heykəltaraşlıq sərgilərində iştirak edib. Onun işləri ABŞ, Fransa, İngiltərə, Türkiyədə keçirilmiş sәrgilәrdә nümayiş etdirilib.

Ə.Əsgərov Bakı Rəssamlıq Gimnaziyasında pedaqoji fəaliyyətlə məşğul olub.

Allah rəhmət eləsin!






Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}