23:11 / 18-03-2024
Ukrayna ordusu geri çəkilir
İspaniya terrorçuların hədəfindədir – Ölənlər var
Tarix: 18-08-2017 10:21 | Bölmə: Xəbərlər
İspaniya terrorçuların hədəfindədir
Dünən İspaniyanın Barselona şəhərində mikroavtobus kütlənin üzərinə sürülüb.
Rambla küçəsində baş verən hadisə anında iki silahlı şəxs də ərazidə türklərin sahib olduğu restorana hücum ediblər.
İlkin məlumata görə, hadisə zamanı 13 nəfər öldürülüb, 60-dan çox yaralı var.
Məlumata görə, mikroavtobusun sürücüsü hadisə yerindən qaçıb.
Daha bir hadisə İspaniyanın Kambrils şəhərində baş verib. Terrorçular idarə etdikləri yük maşınını piyadaların üzərinə sürüblər.
APA-nın "RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, hücum nəticəsində iki nəfər ağır, beş nəfər isə yüngül xəsarət alıb. Yaralananlar arasında polis əməkdaşının olduğu da bildirilir.
Məlumata görə, polisin operativ müdaxiləsi nəticəsində 4 terrorçu məhv edilib, daha biri yaralanıb.
Öldürülən terrorçuların üzərindən kamikadzelərin istifadə etdiyi "şəhid kəmər”ləri (kəmərə bərkidilmiş partlayıcı qurğu) aşkarlanıb. Onlar Barselonada ötən axşam törədilən terror aktını təkrarlamaq niyyətində olublar.




Bölməyə aid digər xəbərlər
15-03-2024, 01:00 Hakan Fidan Bakıya gəlib
14-03-2024, 21:31 Anar - Fəxri Uğurlu yazır

{sape_links}{sape_article}