16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
“Vergi orqanının hərəkətləri ilə razı deyilik” – M.Əliyev
Tarix: 22-08-2017 14:49 | Bölmə: Xəbərlər
“Vergi orqanının hərəkətləri ilə razı deyilik”
Vergilər Nazirliyinin "Turan” İnformasiya Agentliyini vergidən yayınmaqda ittiham edərək qaldırdığı (7 avqust) cinayət işi üzrə yoxlamalarını davam etdirir.
Vergi nümayəndələri 2014-2016-cı illərdə agentlikdə 37 min manat məbləğində vergidən yayınmanın olduğunu bildirsələr də, agentlik bunu qəti şəkildə inkar edir, cinayət işini qanunsuz və sifarişli sayır.
Reyting.az-ın xəbərinə görə, "Turan” İnformasiya Agentliyinin rəhbəri Mehman Əliyev Modern.az-a deyib ki, hələlik vergi orqanının nümayəndələri sənədlərlə tanış olurlar:
“Sentyabrın 29-na qədər bununla bağlı qərar verilməlidir. Ancaq qərarın tez və ya gec çıxarılması ilə bağlı məlumatım yoxdur.
Düzdür, biz vergi orqanının bu hərəkətləri ilə razı deyilik. Bu səbəbdən onları məhkəməyə vermişik. Bu məsələdə ciddi qanun pozuntusu var və ona görə mütləq məhkəmədə qarşılıqlı görüşməliyik. Lakin məhkəmənin vaxtı hələ ki təyin olunmayıb. Məhkəmə 15 gün ərzində təyin edilməlidir. Amma düşünürəm ki, bu, sentyabrın axırına mümkün olacaq”.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}