İaşə müəssisələri əhaliyə eşşək əti yedizdirir
Tarix: 13-09-2017 10:51 | Bölmə: Xəbərlər
İaşə müəssisələri əhaliyə eşşək əti yedizdirir

"Keçən ilin aprel-may aylarında Daxili İşlər Nazirliyi at, eşşək ətinin insanlara yedizdirilməsinin qarşısını alıb. Amma problem hələ də qalmaqdadır. Anormal haldır ki, həmin vaxt müvafiq qurumların rəsmiləri at, eşşək ətinin üzərində adı yazılmaqla əhaliyə satılmasında heç bir qəbahət olmadığını açıqladı. Qəribədir ki, bu kimi hallar aşkarladıqda həmin şəxslər cərimə edilib, buraxılır”.

Reyting.az-ın xəbərinə görə, bunu modern.az-a Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov deyib. AİB sədri bu sahədə problemlərin hələ də mövcud olduğunu bildirib. Bu səbəbdən də Azad İstehlakçılar Birliyi təklif edir ki, Baytarlıq İdarəsi bu istiqamətdə mübarizəni Daxili İşlər Nazirliyi ilə birgə həyata keçrisin. E.Hüseynov qeyd edib ki, bu sahədə ən effektiv işi DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi aparır.

AİB sədri bildirib ki, ətin bahalaşmasından sonra restoranlarda, kafelərdə, dönərxanlarda at, eşşək ətinin əhaliyə yedizdirilməsi halları artıb:

"Bu cinayətkarlar bilməlidir ki, at, eşşək əti Azərbaycan üçün ənənəvi qida deyil. Bu bizim düşmənlərimizin əlinə yaxşı imkan verəcək ki, desinlər azərbaycanlılar vəhşi xalqdır, eşşək əti yeyirlər. Bu anomal haldır, qarşısı alınmalıdır”.

Kənd Təsərrüfatı yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin mətbuat katibi Yolçu Xanvəli isə deyib ki, bu istiqamətdə nəzarət tədbirləri davam edir:

"Bu kimi hallar qeydə alındıqda laborator müayinələr aparılır və kütləvi informasiya vasitələrinə məlumat verilir. Hələ ki, bu istiqamətdə sabitlikdir”.

Reyting.az




Bölməyə aid digər xəbərlər
27-03-2024, 09:47 Macarlar Orbana etiraz edir

{sape_links}{sape_article}