14:16 / 24-04-2024
Nəzir - Akif Abbasov yazır
Kolleclərə qeydiyyat başa çatır - Xəbərdarlıq
Tarix: 13-09-2017 11:06 | Bölmə: Xəbərlər
Kolleclərə qeydiyyat başa çatır

Bu gün tam (11 illik) orta və ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin (kolleclərin) boş qalan plan yerlərinə qəbul olunanların qeydiyyatı başa çatır.

Reyting.az saytı Dövlət İmtahan Mərkəzinə (DİM) istinadla xəbər verir ki, abituriyentlər saat 17:00-dək tələb olunan sənədləri təqdim etməklə qəbul olunduqları təhsil müəssisəsində qeydiyyatdan keçməlidirlər.

Abituriyentlər tələb olunan sənədlərin siyahısını qəbul olduqları təhsil müəssisəsindən öyrənə bilərlər.

Abituriyentin göstərilən müddətdə qeydiyyatdan keçməməsi onun müvafiq ixtisasa yerləşdirilməkdən imtina etməsi kimi qiymətləndiriləcək və o, qəbul olunanlar siyahısından xaric ediləcək.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}