Hesablama Palatasının səlahiyyəti artırılır
Tarix: 15-09-2017 11:44 | Bölmə: Xəbərlər
Hesablama Palatasının səlahiyyəti artırılır

“Hesablama Palatası haqqında” qanun dəyişdirilir.

Dəyişiklikliyə əsasən Hesablama Palatasının aşağıdakı funksiyaları həyata keçirilməsi nəzərdə tutulur:

Dövlət əmlakının idarə edilməsinə, onun barəsində sərəncam verilməsinə, dövlət büdcəsinin icra olunmasına, dövlət əmlakının özəlləşdirilməsindən əldə edilən vəsaitlərin dövlət büdcəsinə daxil olunmasına, hüquqi şəxslərə və bələdiyyələrə dövlət büdcəsindən vəsaitlər ayrıldıqda həmin vəsaitlərin təyinatı üzrə istifadə edilməsinə nəzarətin həyata keçirilməsi zamanı inzibati xəta və ya cinayət əlamətləri olan hüquqpozmalar aşkar edildikdə təxirəsalınmadan materialları müvafiq olaraq müvafiq icra hakimiyyəti orqanına və ya Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərir.

Dəyişiklik Milli Məclisin iclaslarının birində müzakirəyə çıxarılacaq.(Modern.az)




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}