17:38 / 28-03-2024
Əməkdar artist vəfat edib
Jurnalistə 9 il cəza verilib – Hökm
Tarix: 18-09-2017 11:48 | Bölmə: Xəbərlər
Jurnalistə 9 il cəza verilib

İsmayıllıda yaşayan və bir sıra media orqanları ilə bölgə müxbiri kimi əməkdaşlıq edən Elçin İsmayıllının məhkəmə prosesi keçirilib.

Reyting.az saytı teleqraf.com-a istinadla xəbər verir ki, bu gün Şəki Ağır Cinayətlər Məhkəməsində baş tutan prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

O, 9 il müddətinə azadlıqdan məhrum edilib.

Elçin İsmayıllı Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə tələb etmə) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə verilmiş ittiham edilir.

Elçin İsmayıllı 17 fevral 2017-ci ildə İsmayıllı rayonunda həbs olunub. O, rayonda vəzifəli şəxslərdən haqqında rüsvayedici məlumat yaymaq hədəsi ilə pul tələb etməkdə ittiham olunur.

Elçin İsmayıllı məhkəmədə özünü təqsirli bilməyib, saxlanılarkən üzərində olan 1000 manatı illərdir tanıdığı Azər Abbasovdan borc aldığını deyib.




Bölməyə aid digər xəbərlər
27-03-2024, 09:47 Macarlar Orbana etiraz edir

{sape_links}{sape_article}