17:38 / 28-03-2024
Əməkdar artist vəfat edib
Dərsliklərin yazılmasında inhisarçılıq var – Millət vəkili
Tarix: 18-09-2017 13:22 | Bölmə: Xəbərlər
Dərsliklərin yazılmasında inhisarçılıq var

Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Rafael Hüseynov dərs vəsaitləri ilə bağlı qanun layihəsinin hazırlanmasını təklif edib.

Deputat komitənin bu gün keçirilən iclasında Azərbaycanda dərslik siyasəti ilə bağlı ciddi işlərin görülməsinin vacibliyini vurğulayıb.

O bildirib ki, dərsliklərlə bağlı son dövrlərdə tənqidi fikirlər çox səslənir: “Məsələnin aktuallığını Təhsil Nazirliyi dərk edərək Ekspertiza Şurası yaradıb və mən də həmin şurada təmsil olunuram. Mövcud dərsliklərlə bağlı doldurulmalı boşluqlar az deyil. Bu şəkildə davam edilsə, gələcəkdə dərslik siyasətinin qənaətbəxş olduğu haqda nəsə deyə bilmərik”.

Şurada səsləndirilən təkliflərin çoxunun təşəbbüslər səviyyəsində olduğunu diqqətə çatdıran parlament üzvü əlavə edib ki, dərslik siyasəti sahəsində qanunvericilik çərçivəsində müəyyənləşən istiqamətlər olmalıdır:

“Hesab edirəm ki, dərsliklərdə nəyin hansı həddə olmasını müəyyənləşdirən qanun qlayihəsi hazırlanmalıdır. Qanunda elə parametrlər olsun ki, hansı müəllifin yazmasından asılı olmayaraq həmin müddəalar nəzərə alınsın və nəzərdə tutulan parametrlərdən kənara çıxılmasın. Bu, qanunla idarə olunarsa, o zaman ayrı-ayrı dərsliklərdə çoxlu sayda xətaların ortaya çıxmasının qarşısı alına bilər”.

Komitənin digər üzvü Musa Qasımlı isə qeyd edib ki, bu gün dərsliklərin yazılmasında inhisarçılıq var: "Bir dərslikdə axı nə qədər xronologiya və insan adı ola bilər?! Dərsliklərdə əsas ideya dövlətçiliyi aşılamalıdır, statistikanı yox".(Report)




Bölməyə aid digər xəbərlər
27-03-2024, 09:47 Macarlar Orbana etiraz edir

{sape_links}{sape_article}