Siyasi məhbus problemi müzakirə olunub
Tarix: 19-09-2017 14:43 | Bölmə: Xəbərlər
Siyasi məhbus problemi müzakirə olunub

Azərbaycan Liberal Demokrat Partiyasının ALDP) sədri Fuad Əliyev Sədr Aparatının iclasını keçirib.

Partiyadan Reyting.az-a daxil olan məlumata görə, iclasda ictimai-siyasi vəziyyət və Milli Şuranın 23 sentyabr 2017 il tarixinə təyin olunmuş mitinqi müzakirə olunub.

Toplantıda çıxış edənlər “Turan” İA-nın direktoru Mehman Əliyev, AXCP sədrinin köməkçisi Faiq Əmirov və Nardaran hadisələrində saxlanılan bir qrup dindarların azadığa buraxılmasını təqdirəlayiq hesab etdiklərini bildiriblər.

Fuad Əliyev çıxışında Gözəl Bayramlı, İlgar Məmmədov və digər siyasi məhbusların azadlığa buraxılması üçün dəstək verəcəklərini vurğulayıb.

Qərara alınıb ki, liberal-demokratların Milli Şuranın 23 sentyabr 2017 il tarixinə təyin olunmuş mitinqdə iştirakı məqsədə uyğun sayılsın.

Daha sonra 2017-2018 ili üçün partiyanın fəaliyyət proqramı təsdiqlənib.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}