Mikayıl Cabbarov federasiya prezidenti seçilib
Tarix: 20-09-2017 16:15 | Bölmə: Xəbərlər
Mikayıl Cabbarov federasiya prezidenti seçilib

Bu gün Azərbaycan Qılıncoynatma Federasiyasının (AQF) növbədənkənar hesabat-seçki konfransı keçirilib. Milli Olimpiya Komitəsinin (MOK) inzibati binasında baş tutan yığıncaqda qurumun yeni tərkibi müəyyənləşib.

Məlumata görə, tədbirdə Prezident Administrasiyasının gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri Yusif Məmmədəliyev, gənclər və idman naziri Azad Rəhimov, MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə də iştirak edib.

AQF-in prezident postuna yeganə namizəd təhsil naziri Mikayıl Cabbarov səsverməyə əsasən rəhbər vəzifəyə seçilib. Eyni zamanda, Azərbaycan Badminton Federasiyasının prezidenti olan Cabbarov növbəti tsikldə qılıncoynatmanın da inkişafına nəzarət edək.

O, bu postda avqustun 17-də növbəti dəfə AQF-in prezidenti seçilən Nazim İbrahimovu əvəzləyib.

Qeyd edək ki, İbrahimov 2007-ci ildən AQF-də prezident postunu tuturdu.(Mənbə: APA)




Bölməyə aid digər xəbərlər
27-03-2024, 09:47 Macarlar Orbana etiraz edir

{sape_links}{sape_article}