16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
QAT üzvüləri hava limanına toplaşıb - Aksiya
Tarix: 20-09-2017 17:33 | Bölmə: Xəbərlər
QAT üzvüləri hava limanına toplaşıb

Qarabağ Azadlıq Təşkilatının (QAT) bir qrup üzvü hava limanına toplaşıb.

QAT-ın mətbuat xidmətindən Reyting.az-a verilən məlumata görə, buna səbəb Avronest Parlament Assambleyasının iclasında iştirak etmək üçün Bakıya gələcək erməni deputatlara etiraz etməkdir.

Məlumatda bildirilir ki, QAT üzvləri dağınıq vəziyyətdə dayanaraq, Moskva və Tiflisdən gələn reyslərin sərnişinlərini izləyir. Hələlik ermənilərin gəlişi müşahidə olunmayıb. Polis QAT üzvlərinin orada olduğundan artıq duyuq düşüb. Etirazçılara tək-tək yaxınlaşaraq ərazidən uzaqlaşdırmağa, etirazçıları inandırmağa çalışırlar ki, ermənilər gəlməyəcək. QAT üzvləri ərazidə qalıb müşahidələri davam etdirir və aksiya keçirməkdə israrlıdırlar.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}