16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
İdarə müdiri aksiya keçirilən məktəbə gəlib
Tarix: 21-09-2017 16:02 | Bölmə: Xəbərlər
İdarə müdiri aksiya keçirilən məktəbə gəlib

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri Məhəbbət Vəliyeva sentyabrın 21-də valideynlərin etiraz aksiyası keçirdiyi 200 saylı Məktəb-Lisey Kompleksində olub, təhsil müəssisəsinin rəhbərliyi ilə görüşüb.

Reyting.az saytının xəbərinə görə, BŞTİ-dən Modern.az-a bildirlib ki, M.Vəliyeva Məktəb-Lisey Kompleksində təlim-tərbiyə prosesinin təşkili vəziyyəti ilə maraqlanıb, müvafiq tapşırıq və tövsiyələrini verib.

“Təhsil müəssisəsində tədris normal şəkildə davam edir, şagirdlərin dərsə davamiyyəti qaydasındadır”,-İdarə bəyan edib.

Qeyd edək ki, 200 nömrəli Məktəb-Lisey Kompleksində təhsil alan şagirdlərin valideynləri bir neçə gündür, direktor Qafar Hüseynovun işdən çıxarılmasına etiraz əlaməti olaraq aksiya keçirirlər. Onlar Qafar Hüseynovun yenidən vəzifəyə qaytarılmasını istəyirlər. Əks halda övladlarını məktəbə buraxmayacaqlarını bildiriblər.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}