Akif Nağı Pakistanın ölkəmizdəki səfiri ilə görüşüb
Tarix: 21-09-2017 17:27 | Bölmə: Xəbərlər
Akif Nağı Pakistanın ölkəmizdəki səfiri ilə görüşüb

Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı Pakistanın ölkəmizdəki Fövqəladə və Səlahiyyətli səfiri Saeed Han-Muhmandla görüşüb.

Reyting.az-a verilən məlumata görə, görüşdə QAT sədrinin müavinləri İlqar Əli, Fəridə Əsgərova, Ali Məclisin üzvləri Rəsmiyyə Qarayeva, Ceyhun Tağıyev də iştirak ediblər.

QAT sədri cənab səfirə Pakistanın Dağlıq Qarabağ məsələsində tutduğu obyektiv mövqeyə, Azərbaycana göstərdikləri dəstəyə görə təşəkkür edib.

Görüşdə İslam həmrəyliyi və ümmət təəssübkeşliyinin əhəmiyyəti, bu amillərin Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllinə mümkün təsir imkanları, iki ölkənin vətəndaş cəmiyyətləri arasında əməkdaşlığın genişləndirilməsi və digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

Cənab səfir Azərbaycanın bütün problemlərinə ürəkdən yanaşdıqlarını, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllinə hərtərəfli dəstək verməyə hazır olduqlarını bildirib.

Akif Nağı Pakistanın ölkəmizdəki səfiri ilə görüşüb
Akif Nağı Pakistanın ölkəmizdəki səfiri ilə görüşüb




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}