17:38 / 28-03-2024
Əməkdar artist vəfat edib
Dövlət qulluğuna qəbulda dəyişiklik olacaq
Tarix: 22-09-2017 09:13 | Bölmə: Xəbərlər
Dövlət qulluğuna qəbulda dəyişiklik olacaq

Bu il dövlət qulluğuna qəbul üzrə müsabiqənin ilk mərhələsi - test imtahanları oktyabrda keçiriləcək.

Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədr müavini Bəhram Xəlilov deyib ki, hələlik dövlət qulluğuna qəbulla bağlı ətraflı nəsə demək olmaz.

“Qaydalar tam hazır və təsdiq olunandan sonra məlumat veriləcək. Həmçinin, bu imtahan bütün dövlət qulluğu vəzifələri üzrə olacaq. İmtahanlarda iştirak edənlər sonda sertifikat alacaqlar. Sertifikatın qüvvədə olma müddəti 5 ildir. Həmin sertifikatı alanlar hansısa bir vakant vəzifə üzrə müsahibənin keçirilməsi üçün elan verildikdə şərtlərə uyğun gəlirlərsə, növbəti müsahibə mərhələsində iştirak edə biləcəklər”.

B.Xəlilov qeyd edib ki, sertifikat almaq üçün dövlət qulluğuna test imtahanlarında müvafiq keçid balları olacaq: “Namizədlər müvafiq qruplar üzrə müəyyənləşən keçid ballarını topladıqları halda sertifikatı əldə edə biləcəklər”.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}