07:49 / 25-04-2024
Kuba prezidenti etiraz edir
14:16 / 24-04-2024
Nəzir - Akif Abbasov yazır
"AAAF Park”-ın rəhbəri həbs edilib? - Yenilənib
Tarix: 22-09-2017 14:30 | Bölmə: Xəbərlər
"AAAF Park”-ın rəhbəri həbs edilib?

"AAAF Park” Yaşayış Kompleksinin rəhbəri, tanınmış iş adamı Tofiq Heydərov həbs edilib.

Məlumata görə, prokurorluq əməkdaşları "AAAF Park” ərazisində yerləşən bütün obyekt sahiblərinə xəbərdarlıq edərək, ərazini tərk etməyi tapşırıb. Parkın ərazisindəki bütün obyektlərə Prokurorluq tərəfindən həbs qoyulub. Ərazidə axtarışların aparıldığı da bildirilir.

Obyekt işçiləri arasında gəzən söz-söhbətə görə, iş adamı Tofiq Heydərov hansısa qadağan olunmuş dini sektanın üzvüdür.(Ölkə.az)
**
Tofiq Heydərovun qaynı Əli Nəbiyev isə Unikal.org-a deyib ki, "AAAF Park” rəhbərinin həbsi ilə bağlı yayılan məlumat əsassızdır:

"Tofiq Heydərov hazırda Kosovada 17-18 yaşlı gənclər arasında keçirilən ağır atletika üzrə Avropa birinciliyində iştirak edir. Yayılan məlumat yanlışdır".

O, şirkətdə vergi yoxlamasının aparılması məsələsinə də münasibət bildirib. Deyib ki, hüquq-mühafizə orqanları ilə heç bir problemləri yoxdur.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}