16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
Milli Şura mitinq keçirəcək
Tarix: 23-09-2017 12:50 | Bölmə: Xəbərlər
Milli Şura mitinq keçirəcək

Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Milli Şuranın sentyabrın 23-də mitinq keçirməklə bağlı müraciətinə baxıb və aksiyanın “Məhsul” stadionunda keçirilməsinə razılıq verib.

Qeyd edək ki, Milli Şura sentyabrın 23-də saat 15:00-17:00-dək keçmiş “Məhsul” stadionunda mitinq keçirmək haqqında qərar verib.

Mitinqin təşkilatçılarından olan AXCP Ali Məclisinin sədri Nurəddin Məmmədli deyib ki, 23 sentyabr mitinqinə yalnız Azərbaycan xalqını bu rejimdən xilas etmək uğrunda mübarizə konteksində baxmaq düzgün deyil:

“Bu hakimiyyət bütün dünyanı korrupsiya və rüşvətxorluq çirkabına bulaşdırıb. Dünyanın harasında bəşəriyyət üçün bəlaya çevrilən bu təhlükəyə dair müzakirə, araşdırma və ya istintaq aparılır, oradan bizim korrupsioner məmurların gövdəsi boy verir. Ona görə də, 23 sentyabr mitinqinə həm də bəşəriyyəti korrupsiya üfunətindən xilas etmək uğrunda mücadilənin tərkib hissəsi kimi baxmaq lazımdır”.

BŞBPİ Milli Şuranın sentyabrın 23-də keçirəcəyi mitinqlə bağlı xəbərdarlıq edib. İdarənin rəis müavini, polis general-mayoru Səhlab Bağırov bildirib ki, Milli Şuranın Bakı şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmış mitinqində hər-hansı təxribata imkan verilməyəcək:

“Biz mitinqin təşkilatçılarını Bakı Şəhər Baş Polis İdarəsinə dəvət edərək onlara xəbərdarlıq etmişik. Mitinqdə aksiyanın keçirilməsi üçün Bakı Şəhər İcra Hakimiyyətinə ünvanlanan müraciətdə qeyd olunan şüarlardan başqa şüarların səslənməsinə, həmçinin iğtişaşa və qarşıdurmaya səbəb ola biləcək hər hansı addımın atılmasına imkan verilməyəcək. Əks təqdirdə, mitinqin təşkilatçıları və günahkarlar qanun çərçivəsində cəzalandırılacaqlar".

Milli Şuranın sentyabrın 23-də keçiriləcək mitinqinin təşkilatçıları Müsavat Partiyasına müraciət etməyib.

Bu barədə Müsavat Partiyasının Mərkəzi icra aparatının rəhbəri Gülağa Aslanlı deyib. O bildirib ki, buna görə də Müsavat Partiyasının Milli Şuranın mitinqinə qatılmaqla bağlı qərarı yoxdur.

G.Aslanlı qeyd edib ki, kütləvi etiraz aksiyalarının keçirilməsi Müsavat Partiyasının gündəliyindədir və bununla bağlı müzakirələr aparılır.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}