Bakıda Milli Şuranın mitinqi başlayıb -Yenilənib
Tarix: 23-09-2017 16:09 | Bölmə: Xəbərlər
Bakıda Milli Şuranın mitinqi başlayıb

Milli Şuranın Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmış mitinqi başlayıb.

Hazırda mitinq davam edir.

"Məhsul” stadionunda keçirilən mitinqdə AXCP sədri Əli Kərimli, Milli Şuranın sədri Cəmil Həsənli və başqalarının çıxışı gözlənilir.
**

Aksiyasının təşkilatçıları bildiriblər ki, mitinqində kütləviliyin qarşısını almaqdan ötrü hökumət inzibati basqılardan istifadə edir.

Milli Şurada təmsil olunan Azərbaycan Xalq Cəbhəsi Partiyasının Ali Məclisinin sədri Nurəddin Məmmədli bildirib ki, ölkənin bütün rayonlarından mitinqə qatılmaq istəyənlərə təzyiqlər var.

“İstisnasız olaraq, rayonlardan mitinqə gələnlərə imkan vermirlər. Rayondakı fəallar faktiki olaraq polis nəzarətində saxlanılır, onların qohumlarına təzyiqlər edilir. Bakıda onlarla fəalımız saxlanıb. Hətta təşkilat komitəsinin üzvü İlham Hüseyn inzibati qaydada həbs edilib. Nəzərə almaq lazımdır ki, İ.Hüseyn mitinqin aparıcısı kimi nəzərdə tutulmuşdu. Bu davranış hakimiyyətin mitinqi pozmaq cəhdidir. Adı razılaşdırılmış olsa da, çox ciddi basqılar var”,- N.Məmmədli bildirib.

Mitinq təşkilatıçılarının açıqlamalarına, hələlik, Daxili İşlər Nazirliyindən münasibət almaq mümkün olmayıb.(azadliq.org)




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}