14:25 / 22-10-2017
Baş konsulluğa hücum olub
Aydın Mirzəzadə hicab qadağasını pisləyir
Tarix: 23-09-2017 16:29 | Bölmə: Xəbər lenti
Aydın Mirzəzadə hicab qadağasını pisləyir

“Mingəçevir Dövlət Universitetinin hicab qadağası doğru deyil”.

Reyting.az-ın xəbərinə görə, bunu “Report”un Şirvan bürosuna hakim Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Aydın Mirzəzadə Mingəçevir Dövlət Universitetində hicablı tələbələrin auditoriyalara daxil olmasına qoyulmuş yasaqla bağlı sualı şərh edərkən bildirib.

Onun sözlərinə görə, bu qərar Azərbaycan Konstitusiyası ilə uzlaşmır: “Ölkə Konstitusiyasında vətəndaşlarımızın hüquq və azadlıqları ilə bağlı bütün məsələlər tam əksini tapıb. Azərbaycan müasir, demokratik və tolerant bir dövlətdir. İnsanlar inanclarında, düşüncələrində və geyim seçməkdə tam sərbəstdirlər. Doğrudur, Mingəçevir Dövlət Universiteti zəngin ənənələri olan böyük elm mərkəzidir. Amma bu belə təhsil müəssisəsinə vətəndaş haqları ilə uyğun gəlməyən qərarlar verməyə haqq vermir. Onların geyim məsələsində ortaya qoyduğu niyyət yalnız tövsiyə xarakteri daşıya bilər. Bu baxımdan gəncləri haqlı hesab edir və tələbələrin tərəfində olduğumuzu bildiririk”.



141 dəfə oxunub.

Bölməyə aid digər xəbərlər