Baş nazir: “Referendumun nəticələri müzakirə olunmayacaq”
Tarix: 26-09-2017 09:49 | Bölmə: Xəbərlər
Baş nazir: “Referendumun nəticələri müzakirə olunmayacaq”

Rəsmi Bağdad İraq Kürdüstan regional rəhbərliyi ilə müstəqillik referendumunun nəticələrini müzakirə etməyəcək.

"Reuters"in verdiyi xəbərə görə, bunu İraqın baş naziri Heydər əl-Abadi bəyan edib.

"Biz qeyri-legitim referendumun nəticələri ilə bağlı hər hansı dialoq və ya müzakirəyə lüzum görmürük”,- deyə baş nazir bildirib.

Onun sözlərinə görə, səsvermə prosesi zamanı saxtakarlığa yol verilib, seçicilərə təzyiq göstərilib.

Qeyd edək ki, ötən gün İraqın şimalındakı Kürd Muxtariyyətinin ərazisində müstəqillik referendumu keçirilib. Referendumda 3 305 925 seçici iştirak edib. İraq hökuməti referendumun qanunsuz olduğunu bəyan edib. Referendumun ilkin nəticələri bu gün axşam saatlarında açıqlanacaq(APA).




Bölməyə aid digər xəbərlər
27-03-2024, 09:47 Macarlar Orbana etiraz edir

{sape_links}{sape_article}