07:49 / 25-04-2024
Kuba prezidenti etiraz edir
Daşınmaz əmlaklara ünvan verilmə Qaydaları dəyişib
Tarix: 06-10-2017 09:48 | Bölmə: Xəbərlər
Daşınmaz əmlaklara ünvan verilmə Qaydaları dəyişib

Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 27 noyabr tarixli 27 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında ünvan reyestrinin aparılması və daşınmaz əmlak obyektlərinə ünvan verilməsi Qaydaları”nda dəyişiklik edilib.

Prezidentin Fərmanında Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndi rəhbər tutularaq, "Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2016-cı il 16 dekabr tarixli 454-VQD nömrəli Qanununun tətbiqi ilə əlaqədar qərar verilib:

“Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 27 noyabr tarixli 27 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008, № 11, maddə 981; 2010, № 7, maddə 610, № 8, maddə 720; 2012, № 2, maddə 79; 2014, № 2, maddə 123; 2015, № 9, maddə 1002; 2016, № 6, maddə 1037) ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında ünvan reyestrinin aparılması və daşınmaz əmlak obyektlərinə ünvan verilməsi Qaydaları”nın 3.7.6-cı yarımbəndinə "yerləşən” sözündən sonra "torpaq (kənd təsərrüfatı təyinatlı torpaq sahələri istisna olmaqla),” sözləri əlavə edilsin”.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}