Nazirlər Kabineti dövlət reyestrində dəyişiklik edib – Qərar
Tarix: 07-10-2017 11:36 | Bölmə: Xəbərlər
Nazirlər Kabineti dövlət reyestrində dəyişiklik edib

Nazirlər Kabineti "Hüquqi şəxslərin dövlət reyestrinin aparılması, istifadəsi və mühafizəsi Qaydaları”na dəyişiklik edib.

Bununla bağlı qərarı baş nazir Artur Rasi-zadə imzalayıb.

Qaydaların dövlət reyestrinə daxil edilən məlumatlarına edilmiş dəyişikliyə əsasən, qurumun hər bir təsisçisinin adı, soyadı, atasının adı, vətəndaşlığı və yaşayış yeri;

təsisçi hüquqi şəxsdirsə, onun adı, hüquqi ünvanı və qeydiyyatı, təsisçi dövlətdirsə, təsisetmə səlahiyyəti verilmiş dövlət orqanının adı, hüquqi ünvanı, vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (olduğu halda), təsisçi bələdiyyədirsə, bələdiyyənin adı, hüquqi ünvanı, vergi ödəyicisinin eyniləşdirmə nömrəsi əlavə edilib.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}