16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
Müğənni klinikanın və həkimin əmlaklarına həbs qoydurub
Tarix: 08-10-2017 15:13 | Bölmə: Xəbərlər
Müğənni klinikanın və həkimin əmlaklarına həbs qoydurub

"Faytonçu Nazim” ləqəbi ilə tanınan müğənni Nazim Pişiyarinin əməliyyat olunduğu klinikanın və onu əməliyyat edən həkim Elman Əzimovun əmlakları üzərinə həbs qoyulub.

Reyting.az-ın xəbərinə gör, bu barədə APA-ya N.Pişyarinin vəkili Gülşən Salmanova məlumat verib. Vəkil bildirib ki, bununla bağlı Binəqədi Rayon Məhkəməsi qərar qəbul edib.

Qeyd edək ki, Nazim Pişiyari ilk dəfə "Elmed" klinikasında cərrah Elman Əzimov tərəfindən əməliyyat olunub. Lakin əməliyyatdan sonra səhhətində daha ciddi problemlər yaranıb. Bundan sonra İsrail və Türkiyədə bir neçə əməliyyat keçirib. Hazırda vəziyyəti normaldır. Müğənni həkimin ciddi cəzalandırılmasını tələb edir. O, bununla bağlı Baş Prokurorluğa və Bakı şəhər və Binəqədi rayon prokurorluqlarına müraciət edib.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}