16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
Nazir şagirdlərlə bağlı əmr imzalayıb
Tarix: 10-10-2017 11:19 | Bölmə: Xəbərlər
Nazir şagirdlərlə bağlı əmr imzalayıb

Azərbaycanın səhiyyə naziri Oqtay Şirəliyev “Şagirdlər arasında dehelmintizasiya proqramının həyata keçirilməsi barədə” əmr imzalayıb.

Reyting.az Səhiyyə Nazirliyinin Mətbuat Xidmətinə istinadla xəbər verir ki, sənəd “Azərbaycan Respublikasında 2017-2020-ci llərdə geohelmintozlarla mübarizə və onların profilaktikasına aid Milli Strategiya”ya uyğun olaraq, Ümumdünya Səhiyyə Təşkilatının dəstəyi ilə I-VI sinif şagirdləri arasında helmintozlara qarşı profilaktik tədbirlərin həyata keçirilməsi məqsədi ilə hazırlanıb.

Əmrə əsasən 15 oktyabr-15 noyabr 2017-ci il tarixlərində respublikanın şəhər və rayonlarında I-VI sinif şagirdləri arasında helmintozlara qarşı profilaktik müalicə tədbirləri həyata keçiriləcək.

Sənəddə qeyd olunan tədbirlərin həyata keçirilməsi üçün müvafiq təşkilatı işlərin görülməsi tapşırılır.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}