Mehriban Əliyeva Fəxri xiyabanı ziyarət edib - Fotolar
Tarix: 10-10-2017 16:28 | Bölmə: Xəbərlər
Mehriban Əliyeva Fəxri xiyabanı ziyarət edib

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva oktyabrın 10-da İkinci Fəxri xiyabana gələrək görkəmli şərqşünas alim Aida İmanquliyevanın doğum günü münasibətilə məzarını ziyarət edib, xatirəsini ehtiramla anıb.

Reyting.az AzərTac-a istinadla xəbər verir ki, Mehriban Əliyeva Azərbaycanda şərqşünaslıq elminin inkişafında misilsiz xidmətləri olan alimin məzarı önünə gül dəstələri düzüb.

Sonra Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Fəxri xiyabana gələrək mərhum lider Heydər Əliyevin xatirəsini yad edib, məzarı önünə güllər qoyub.

Daha sonra Mehriban Əliyeva görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın da xatirəsini anıb, məzarı üzərinə tər güllər düzüb.

Mehriban Əliyeva Fəxri xiyabanı ziyarət edib
Mehriban Əliyeva Fəxri xiyabanı ziyarət edib
Mehriban Əliyeva Fəxri xiyabanı ziyarət edib
Mehriban Əliyeva Fəxri xiyabanı ziyarət edib
Mehriban Əliyeva Fəxri xiyabanı ziyarət edib
Mehriban Əliyeva Fəxri xiyabanı ziyarət edib




Bölməyə aid digər xəbərlər
27-03-2024, 09:47 Macarlar Orbana etiraz edir

{sape_links}{sape_article}