Nazir Samir Şərifov Vaşinqtonda rəsmilərlə görüşəcək
Tarix: 11-10-2017 10:13 | Bölmə: Xəbərlər
Nazir Samir Şərifov Vaşinqtonda rəsmilərlə görüşəcək

11-15 oktyabr tarixlərində ABŞ-ın paytaxtı Vaşinqtonda Beynəlxalq Valyuta Fondu (BVF) və Dünya Bankı Qrupunun İllik Toplantısı keçiriləcək.

Maliyyə Nazirliyinin məlumatına görə, toplantıda Azərbaycanı nazir Samir Şərifovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edəcək. Səfər zamanı bir sıra ikitərəfli görüşlərin keçirilməsi nəzərdə tutulur.

BVF və Dünya Bankına üzv ölkələrin yüksək vəzifəli dövlət və hökumət rəsmiləri, beynəlxalq maliyyə institutları, özəl sektor və vətəndaş cəmiyyəti nümayəndələrinin iştirak edəcəyi illik toplantı çərçivəsində dünya iqtisadiyyatının cari vəziyyəti, yoxsulluğun aradan qaldırılması, iqtisadi inkişaf və yardımın effektivliyi daxil olmaqla, qlobal narahatlıq doğuran bir çox məsələlər müzakirə olunacaq.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}