Çingiz Qənizadə sabiq deputata qarşı şikayətini geri götürüb
Tarix: 12-10-2017 10:58 | Bölmə: Xəbərlər
Çingiz Qənizadə sabiq deputata qarşı şikayətini geri götürüb

Millət vəkili Çingiz Qənizadə sabiq deputat, Şeyxülislam Hacı Allahşükür Paşazadənin qudası Hacı Qalib Salahzadəyə qarşı xüsusi ittiham qaydasında şikayətini geri götürüb.

Reyting.az-ın xəbərinə görə, bu barədə APA-ya Ç.Qənizadənin vəkili Raqif Mustafayev məlumat verib. O deyib ki, Q.Salahzadə Ç.Qənizadənin məhkəməyə müraciət etməsindən sonra mətbuatda işlətdiyi sözlərdən imtina edib və buna görə də Ç.Qənizadə şikayətini geri götürmək barədə qərara gəlib:

"Çingiz müəllim gördü ki, o qeyri-ciddi adamdır, ona görə də belə bir adamı məhkəməyə verməyə dəyməz, dedi. Qalib Salahzadə mətbuata son açıqlamasında dediklərinin yalan olduğunu özü də etiraf elədi".

Qeyd edək ki, Ç.Qənizadə Q.Salahzadənin Cinayət Məcəlləsinin 147.1 (Böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə və ya kütləvi informasiya vasitəsində yayma) maddəsi ilə ittiham olunması üçün məhkəməyə müraciət edib.

Buna səbəb son vaxtlar Q.Salahzadənin Ç.Qənizadəyə qarşı mətbuatda ittihamlar səsləndirməsidir.

Şikayətə Sabunçu Rayon Məhkəməsində baxılırdı.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}