Komitə sədrinin bacısı oğlu qəzada həlak olub
Tarix: 12-10-2017 12:54 | Bölmə: Xəbərlər
Komitə sədrinin bacısı oğlu qəzada həlak olub

3 gün əvvəl İmişli rayonunda baş vermiş ağır yol qəzası ilə bağlı bəzi məqamlar üzə çıxıb.

Reyting.az saytı Lent.az-a istinadla xəbər verir ki, Hacıqabul-Horadiz yolunun İmişlinin Gövhərli kəndi ərazisindən keçən hissəsində ekskovatora çırpılan pikapda vəfat edən Qaradağ rayon sakini İbrahimov Vüsal Vidadi oğlu Diaspora ilə İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimovun bacısı oğludur.

Vüsal İbrahimov xeyli vaxt imiş ki, İmişli rayonu ərazisindəki qum-çınqıl obyektlərinə nəzarət edirmiş və tez-tez bu rayona gedib-gəlirmiş.

Faktla bağlı cinayət işi açılıb, qəzanın səbəbləri araşdırılır.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}