14:16 / 24-04-2024
Nəzir - Akif Abbasov yazır
Reklamçılar İttifaqı iki rayonda sərgi təşkil edib - Fotolar
Tarix: 12-10-2017 13:12 | Bölmə: Xəbərlər
Reklamçılar İttifaqı iki rayonda sərgi təşkil edib

Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının 2017-ci il qrant müsabiqəsinə təqdim etdiyi “Sosial reklam lövhələrinin regionlarda yerləşdirilməsinin yeniyetmə və gənclərin dövlətçilik ruhunda tərbiyyəsindəki rolu” layihəsinin qalibləri arasında olan “Azərbaycan Reklamçılar İttifaqı” İctimai Birliyi layihə çərcivəsində tədbirlərini davam etdirir.

Vətənpərvərlik mövzusunda keçirilən müsabiqələrdə qalib olmuş əsərlər bu dəfə Quba və Lənkəran rayonlarında böyük ölçülü reklam lövhələri üzərində yerləşdirilib.

Reyting.az-a verilən xəbərdə bildirilir ki, sentyabrın 15-də “Azərbaycan Reklamçılar İttifaqı” İctimai Birliyinin rəhbər və üzvləri Quba şəhərindəki Azad Məmmədov adına 2 saylı təbiət fənləri təmayüllü məktəbdə olublar və qalib lövhələr məktəbin foyesində sərgilənib.

“Azərbaycan Reklamçılar İttifaqı” İctimai Birliyinin sədri Hacı Əmi Atakişiyev, Xalq rəssamı Arif Hüseynov, “Azərbaycan Reklamçılar İttifaqı” İctima Birliyinin İdarə Heyətinin üzvü Afaq Quliyeva məktəbliləri yeni dərs ilinin başlanması ilə əlaqədar təbrik edərək, sərgilənən layihənin Vətən sevgisinin yüksəldilməsində əhəmiyyətini ön plana çəkiblər. Bildirilib ki, bu layihə sosial aktuallıq kəsb edən vətənpərvərlik hissinin artırılması sahəsində dövlət tərəfindən aparılan ideoloji işin tərkib hissəsidir.

Məktəbin direktoru Eynulla Camalov qonaqları və məktəbliləri foyedə təşkil olunan sərgi ilə tanışlığa dəvət edib. Məktəblilər dərs otaqlarına daxil olmazdan əvvəl sərgi ilə tanış olub və vətənpərvərliklə bağlı ilk açıq dərs keçirilib.

Quba şəhər Azad Məmmədov adına 2 saylı təbiət fənləri təmayüllü məktəbdə plakat sərgisi bir həftə davam etdirilib.

Oktyabrın 6-da isə plakatlar Lənkəran Şəhər Mərkəzi Kitabxanasında sərgilənib.

Tədbir iştirakçıları əvvəlcə Lənkəran şəhərində Azərbaycanlıların Soyqırımı Qurbanlarının Xatirə Kompleksi və Milli qəhrəman Əsgər Əliyevin abidəsi önünə gül dəstələri düzərək, Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsini ehtiramla anıblar.

Lənkəran Şəhər Tibb Kollecinin müəllim və tələbələrinin, Qarabağ müharibəsi veteranlarının, şəhid ailələrinin, məktəblilərin və ictimaiyyət nümayəndələrinin iştirak etdiyi sərginin açılış mərasimində çıxış edən “Azərbaycan Reklamçılar İttifaqı” İctimai Birliyinin İdarə Heyətinin üzvü, layihə rəhbəri Afaq Quliyeva layihə barədə məlumat verərək bildirib ki, layihə bütün əhali qrupuna, əsasən də uşaqlara, yeniyetmələrə və gənclərə ünvanlanıb.

Milli qəhrəman Əsgər Əliyevin atası Hacı Ələkbər Əliyev, Müdafiə Nazirliyinin ehtiyatda olan tibb xidməti polkovniki Sadir Qulamov, ehtiyatda olan mayor Rüfət Səfərov və Qarabağ müharibəsi veteranı Saleh Dostiyev sərginin gənclərin hərbi-vətənpərvərlik tərbiyəsindəki rolunu yüksək dəyərləndiriblər.

Sərgi burada da bir həftə davam etdirilib.

Reklamçılar İttifaqı iki rayonda sərgi təşkil edib
Reklamçılar İttifaqı iki rayonda sərgi təşkil edib
Reklamçılar İttifaqı iki rayonda sərgi təşkil edib
Reklamçılar İttifaqı iki rayonda sərgi təşkil edib
Reklamçılar İttifaqı iki rayonda sərgi təşkil edib
Reklamçılar İttifaqı iki rayonda sərgi təşkil edib
Reklamçılar İttifaqı iki rayonda sərgi təşkil edib
Reklamçılar İttifaqı iki rayonda sərgi təşkil edib
Reklamçılar İttifaqı iki rayonda sərgi təşkil edib
Reklamçılar İttifaqı iki rayonda sərgi təşkil edib




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}