ABŞ-ın iş adamları Bakıya gəlir - Tədbir
Tarix: 13-10-2017 09:48 | Bölmə: Xəbərlər
ABŞ-ın iş adamları Bakıya gəlir

Bakıda Azərbaycan-ABŞ biznes forumu keçiriləcək.

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (Azpromo) “APA-Economics”ə verilən məlumata görə, oktyabrın 16-da Amerika Birləşmiş Ştatlarının iş adamlarından ibarət nümayəndə heyətinin Azərbaycana səfəri baş tutacaq.

Səfər çərçivəsində İqtisadiyyat Nazirliyinin dəstəyi və Azpromo-nun təşkilatçılığı ilə Bakıda Azərbaycan-ABŞ biznes forumu keçiriləcək. Tədbirə tikinti və tikinti materialları, İKT, kənd təsərrüfatı texnologiyaları, mühəndislik, ödəmə sistemləri, avtomobil icarəsi, logistika, radar sistemləri, aerokosmik müdafiə sistemləri, təhlükəsizlik, layihələrin idarə olunması, maliyyə, avadanlıq, ağartı məhsulları və digər sahələrdə fəaliyyət göstərən 17 ABŞ şirkətinin qatılacağı gözlənilir.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}