14:16 / 24-04-2024
Nəzir - Akif Abbasov yazır
Abdulla Öcalanın ölüm xəbəri yayılıb
Tarix: 14-10-2017 11:59 | Bölmə: Xəbərlər
Abdulla Öcalanın ölüm xəbəri yayılıb

İmralı adasında həbsdə saxlanılan PKK terror təşkilatının lideri Abdulla Öcalanın ölüm xəbəri yayılıb.

Bu barədə məlumatı Milliyyətçi Hərəkat Partiyasının Ankaradan olan millət vəkili Şevkat Çətin Tvitter hesabında yayıb. Bundan sonra sosial şəbəkədə bu məlumat geniş auditoriyada yayılıb.

Türkiyə mediası xəbər verir ki, Bursa prokurorluğu yayılan məlumatı təkzib edib.

Prokurorluğun açıqlamasında deyilir ki, bu xəbərlər yalandır.

“Bu cür yalan xəbərlər yayanlar haqqında Cumhuriyyət Baş Prokurorluğunda araşdırma aparılıb və müvafiq tədbirər görülüb”,-deyə prokurorluqdan bildiriblər.(mia.az)




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}