Bakıda universitet müəlliməsi intihar edib
Tarix: 17-10-2017 11:07 | Bölmə: Xəbərlər
Bakıda universitet müəlliməsi intihar edib

Bakı şəhərində intihar hadisəsi baş verib.

Səbail rayon Neftçi Qurban küçəsində yerləşən "Enlightment” dil kursları mərkəzinin rəhbəri, 1961-ci il təvəllüdlü Əliyeva İradə Yusif qızı özünü iş yerində asaraq intihar edib.

Reyting.az saytı Lent.az-a istinadla xəbər verir ki, İ.Əliyeva həm də Bakıdakı universitetlərdən birində çalışırmış. Onun hansı səbəbdən həyatına son qoyması məlum deyil.

Faktla bağlı Səbail rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}