STP öz məhsullarını nümayiş etdirmək imkanı qazanıb
Tarix: 18-10-2017 10:57 | Bölmə: Xəbər lenti
STP öz məhsullarını nümayiş etdirmək imkanı qazanıb

"Sumqayıt Texnologiyalar Parkı" MMC (STP) oktyabrın 18-21-də Bakı Ekspo Mərkəzində Xəzəryanı regionun tikinti sektoruna həsr olunmuş 23-cü Azərbaycan Beynəlxalq İnşaat "WorldBuild Baku 2017" sərgisində iştirak edəcək.

MMC-dən Reyting.az-a verilən məlumata görə, sərgi STP-yə öz geniş çeşidli portfelini nümayiş etdirmək üçün imkan yaradacaq, məhsullarının keyfiyyətini istehlakçılara bir daha xatırlatmaqda, yeni biznes əlaqələri və təcrübə imkanları qurmaqda kömək edəcək.

Dünyanın 23 ölkəsindən 200-dən artıq şirkətin iştirak edəcəyi "WorldBuild Baku 2017"də Sumqayıt Texnologiyalar Parkına aid “Made in Azerbaijan” brendi altında istehsal olunan inşaat materialları, o cümlədən müxtəlif çeşidli kabellər, plastik borular, sendviç panellər, PVC, alüminium profillər və s. məhsulların nümunələri nümayiş etdiriləcək.

STP-dən bildiriblər ki, mütəxəssislərimiz sərgi zamanı ziyarətçiləri maraqlandıran sualları cavablandıracaq, onlara STP-nin istehsal prosesi haqqında təkcə nəzəri deyil, həm də praktik məlumatlar almaqda köməklik göstərəcəklər.

Sərgi ziyarətçiləri Sumqayıt Texnologiyalar Parkının məhsulları ilə tanış olmaqla yanaşı texnoparkın zavodlarındakı istehsal proseslərini monitorlardan izləyə biləcəklər. Təşkil olunmuş müsabiqələrdə iştirak edərək müxtəlif hədiyyələr qazanmaq imkanı əldə edəcəklər.




Bölməyə aid digər xəbərlər