Polşa Azərbaycanla əməkdaşlığı genişləndirəcək – Nazir
Tarix: 18-10-2017 13:46 | Bölmə: Xəbər lenti
Polşa Azərbaycanla əməkdaşlığı genişləndirəcək

“Azərbaycan bizim üçün əhəmiyyətli ölkədir. Azərbaycan Avropanın şərqinin enerji təminatçısıdır. Bizim əməkdaşlığımız region baxımından önəmli ola bilər”.

Bunu Polşanın xarici işlər naziri Vitold Vaşçikovski Azərbaycan XİN başçısı Elmar Məmmədyarovla Bakıda görüşdən sonra keçirilən mətbuat konfransında deyib.

O bildirib ki, Azərbaycan kimi təhlükəsiz ölkə polşalı turistlər üçün maraqlı ola bilər:

“Biz “Şərq tərəfdaşlığı” çərçivəsində əməkdaşlığı müzakirə etdik. Növbəti ay sammit olacaq və biz bu qrup çərçivəsində əməkdaşlığı müzakirə edib, genişləndirə biləcəyik. Hər iki ölkə çətin qonşuluqda yaşayır. Biz bu böhranla üzləşmək və bizim tərəfdən yaranmayan problemlərin həllində ictimaiyyətin rolunu müzakirə etdik. Hər iki ölkə regionda sülh və təhlükəsizliyin tərəfdarıdır”.(APA)




Bölməyə aid digər xəbərlər