16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
Vizalar yeni qaydalarla veriləcək -Şərtlər
Tarix: 22-10-2017 16:15 | Bölmə: Xəbərlər
Vizalar yeni qaydalarla veriləcək

Fransanın Azərbaycandakı səfirliyi növbəti həftələrdə vizaların alınması ilə bağlı yeni qaydalar tətbiq edəcək.

Məlumata görə, əvvəllər vizalarının verilməsini öz üzərinə götürən “TLS Contact” şirkəti bundan sonra “CAPAGO” şirkəti ilə əvəz olunacaq.

Bu şirkət Bakıda «Globus Center»də, Cəfər Cabbarlı küçəsi, 609 ünvanında yerləşir və çərşənbə axşamı, 7 noyabrdan etibarən həmin şirkətin fransız vizaları mərkəzi viza ilə bağlı müraciət edənlərə xidmət göstərəcək.

Bu yardımçı şirkət viza ilə bağlı aşağıdakı işləri öz üzərinə götürəcək:

• görüşlərin alınması;

• viza ilə bağlı sualların cavablandırılması;

• fransız vizası mərkəzində əhalinin qəbulu;

• viza müraciətlərinin qəbulu;

• barmaq izlərinin alınması;

• xidmət xərclərinin yığılması (standart qiymət 26 avro) və viza xərclərinin yığılması;

• pasportların geri qaytarılması.

Bu sistemə keçid təqvimi aşağıdakı kimidir:

1. Səfirliyin viza şöbəsilə görüşün alınması cümə axşamı, 2 noyabr tarixi daxil olmaqla, “TLS Contact” vasitəsilə olacaq və bu şirkətin website və cağrı mərkəzləri yeni sistəmə keçənə kimi aktiv qalacaqdır.

Viza üçün müraciət edənlərə pasportlarını, 6 noyabrdan əvvəl, “TLS Contact” şirkətindən geri almaları məsləhət görülür.

2. 3 və 6 noyabr tarixləri üçün görüşlər verilməyəcək.

3. Fransız vizasının yeni mərkəzində görüşün alınması çərşənbə axşamı, 7 noyabr tarixindən etibarən “CAPAGO” şirkəti vasitəsilə veriləcək və onun internet ünvanı və çağrı mərkəzi 30 oktyabr tarixindən etibarən aktiv olacaq. İnternet ünvanı və telefon nömrələri istifadəçilərə gələcək günlərdə bildiriləcək.

Beləliklə, viza üçün müraciət edənlərin heç biri bundan sonra, yəni, 3 noyabr 2017-ci il tarixindən etibarən səfirliyin viza bölməsində qəbul olunmayacaq. (Azərbaycanın rəsmi və diplomatik pasport sahibləri istisna olmaqla)

İspaniya, Belçika, Niderland, Portuqaliya və Lüksemburq üçün viza istəyənlər də “CAPAGO” şirkətinin fransız vizası mərkəzinə müraciət edəcəklər.

Yalnız “TLS Contact” və “CAPAGO” şirkətlərinin cavablandıra biləcəyi suallara və həll edə biləcəyi təcili məsələyə görə admin-etrangers.bakou-amba@diplomatie.gouv.fr ünvanına yaza bilərsiniz. Səfirliyin birbaşa müdaxiləsi vacib olmayan müraciətlər cavablandırılmayacaq.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}