"BakuBus" zərərlə üzləşib - Hesabat
Tarix: 23-10-2017 11:03 | Bölmə: Xəbər lenti
"BakuBus" zərərlə üzləşib

2016-cı ildə "BakuBus" MMC-nin aktivlərinin həcmi 226,143 mln. manata çatıb ki, bu da 2015-ci illə müqayisədə 7,73 faiz azdır.

Bu barədə dövlət şirkətinin ötən il üzrə audit hesabatında qeyd edilib.

MMC-nin öhdəlikləri 9,8 faiz azalaraq 177,967 mln. manat təşkil edib.

Hesabat dövründə dövlət müəssisəsinin nizamnamə kapitalı 39,84 faiz azalaraq 18,049 mln. manata endiyi halda, dövlət investisiyalarının məbləği 58,41 faiz artaraq 181,697 mln. manata çatıb. 31 dekabr 2016-cı il tarixinə MMC-nin yığılmış zərəri 151 mln. 569,938 min manat təşkil edib ki, bu da 2015-ci illə müqayisədə 54,638 mln. manat və ya 56,37 faiz çoxdur. Beləliklə, dövlət şirkətinin cəmi kapitalı 48,177 mln. manat olub.

2016-cı ildə MMC-nin xalis zərəri 54 mln. 637,619 min manat təşkil edib. 2015-ci ildə bu rəqəm 92 mln. 260,805 min manat idi.

"BakuBus" Nazirlər Kabinetinin 3 aprel 2014-cü il tarixli qərarına əsasən Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində yaradılıb.(APA-Economics)




Bölməyə aid digər xəbərlər