Qaçan məhkumlarla bağlı yeni məlumatlar yayılıb
Tarix: 23-10-2017 13:37 | Bölmə: Xəbərlər
Qaçan məhkumlarla bağlı yeni məlumatlar yayılıb

Penitensiar Xidmət iki məhkumun qaçması xəbərini tədiqlədikdən sonra, şəxslər barədə bəzi təfərrüatlar məlum olub.

Məlumata görə, oktyabrın 23-də Bakı-Astara-Bakı planlı dəmir yolu qarovulu ilə xüsusi təyinatlı vaqonda Bakı şəhərinə müşayiət olunan 1980-ci il təvəllüdlü, əvvəllər məhkum edilmiş Etibar Ələkbər oğlu Məmmədov qəsdən adam öldürmədə (Maddə 120) təqsirləndirilir.

E.Məmmədovun əvvəllər tərbiyə müəssisəsində cəza çəkdiyi bildirilir.

Ən ilginc olanı isə, E.Məmmədovun 1996-cı ildə ölkədə böyük rezonans doğuran qətldə ittiham olunmasıdır. Belə ki, həmin il 7 nəfər məhkum həbsxanada nəzarətçini boğaraq öldürüb, daha sonra qaçmağa nail olublar. Həmin 7 nəfərdən birinin məhz E.Məmmədov olduğu qeyd edilir. O, həmin vaxt azyaşlı (16 yaş) olduğu üçün cəzası o qədər də ağır olmayıb.

Qaçan digər təqsirləndirilən şəxs isə Əli Ağami kriminal aləmə yaxın şəxsdir. “Qafqazinfo”nun verdiyi məlumata görə, o və qardaşı Zaur Ağami “Masallı Mamed”lə “Qoca” ləqəbli Etibar Hacıqabulinskinin qruplaşmasına daxil olub.

Ə.Ağami isə 2015-ci il noyabrın 5-də Şirvanda keçirilən “razborka”dan sonra saxlanılıb. Həmin görüşdə “Krutoy Elvin” kimi tanınan Elvin Nəciyev Zaur Sarıbalayevi güllələyərək öldürüb.

Elə həmin görüşdə Əli Ağami Elvin Nəciyevi güllələyib, o da xəstəxanaya aparılarkən vəfat edib. O, ikinci pasportla sərhədi keçməyə cəhd edib. Belə ki, Ə.Ağami həm də “Abdulla” kimi tanınır. Bir pasportda o “Ağami Əli Rasim oğlu” kimi, digər pasportda isə “Hüseynov Abdulla Rasim oğlu” kimi qeydiyyata alınıb.

Ə.Ağami ölkədən çıxarkən saxlanılıb.

Həmin hadisədən 2 gün öncə isə Ə.Ağaminin qardaşı Zaur Ağami təqib olunaraq qəzaya salınıb və orada ölüb.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}