16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
Partiya iqtidar və müxalifətə çağırış edib - Bəyanat
Tarix: 23-10-2017 15:08 | Bölmə: Xəbərlər
Partiya iqtidar və müxalifətə çağırış edib

Azərbaycan Liberal Demokrat Partiyası (ALDP) partiya üzvlərinə polis təzyiqləri ilə bağlı bəyanat verib.

Reyting.az-a da göndərilən bəyanatda deyilir ki, mitinqlərdə iştirak edən liberal-demokratlar polis bölmələrinə çağrılaraq təzyiqlərə məruz qalırlar:

“İlham Rəsulzadə, İbrahim Kərimov, Sənan Mehdizadə və Tural Cəfərov Milli Şuranın keçirdiyi mitinqdə iştraklarına görə polisə çağırılmışdılar. Baxmayaraq ki, keçirilən mitinqlər icazəlidir, polis bölmələrində onlardan mitinqdə iştrak etməmək barədə ərizələrin yazılması tələb olunmuşdur”.

Bəyanatda qeyd edilir ki, mitinqin icazəli olmasına baxmayaraq, ALDP Səbail rayon təşkilatının rəhbəri, “BakMilTV”-nin baş redaktoru İlham Rəsulzadə və “BakMilTV”-nin operatoru İbrahim Şahbazov yenidən 9-cu Polis Bölməsinə çağırılıblar.

ALDP hesab edir ki, bu həm Azərbaycan vətəndaşlarına, həm də media nümayəndələrinə qarşı polis tərəfindən təzyiqdir:

“ALDP hakimiyyəti polis zorakılığına əl atmamaq, müxalif fikirli insanlara düzümlü olmağa və konstitusiyamızın vətəndaşlara verdiyi hüquqların məhdudlaşdırmamağa çağırır”.

ALDP müxalifətə də çağırış edib:

“Müxalifət daxilində bütün neqativ təsirli söz-söhbətlərə son qoymaq və vahid mərkəzdə birləşmək lazımdır”.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}