17:38 / 28-03-2024
Əməkdar artist vəfat edib
Vüsal Qasımlı səfirləri qəbul edib
Tarix: 07-11-2017 17:42 | Bölmə: Xəbərlər
Vüsal Qasımlı səfirləri qəbul edib

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru Vüsal Qasımlı Avropa İttifaqı (Aİ) Şərq Tərəfdaşlığının xüsusi tapşırıqlar üzrə səfirlərindən ibarət nümayəndə heyətini qəbul edib.

İİTKM-dən Reyting.az-a verilən məlumata görə, icraçı direktor qeyd edib ki, Azərbaycan Avropa İttifaqının regiondakı ən böyük ticarət və investisiya partnyorudur: "Eyni zamanda Bakı-Tbilisi-Qars və Astara-Astara dəmiryolu xətləri, həmçinin Bakı Dəniz Ticarət Limanı Avropa İttifaqı üçün əhəmiyyətli olan Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin inkişafına töhfə verəcək”.

V.Qasımlı Azərbaycanda aparılan islahatların biznes mühitini yaxşılaşdırdığını qeyd edərək, ölkəmizin "Doing Business 2018” hesabatında 8 pillə irəliləyərək 190 ölkə arasında 65-ci pillədən 57-ci yerə yüksəlməsini, bununla da Avropa və Mərkəzi Asiya regionu üzrə ən islahatçı 3 ölkədən biri olduğunu bildirib.

Müzakirələr zamanı hazırda Avropa İttifaqı Şurasına sədrlik edən Estoniyanın Avropa İttifaqı Şərq Tərəfdaşlığında xüsusi səlahiyyətli səfiri Yaan Reynhold Avropa İttifaqı rəhbərliyi və görüşdə iştirak edən səfirlər adından bildirib ki, Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı müsbət şəkildə inkişaf edir: "Azərbaycanda iqtisadi islahatlar və rəqəmsallaşma sahəsində əldə edilən nailiyyətlər xüsusi önəm daşıyır”.

Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas vurğulayıb ki, müxtəlif ölkələrdən olan səfirlərin səfəri müddətində əməkdaşlıq üçün yeni imkanlar yarana bilər.

Görüşün sonunda Strateji yol xəritələri, Azexport, Rəqəmsal Ticarət Qovşağı və "Bir Pəncərə” İxraca Dəstək Məkəzi barədə suallara cavab verilib.

Reyting.az




Bölməyə aid digər xəbərlər
27-03-2024, 09:47 Macarlar Orbana etiraz edir

{sape_links}{sape_article}