Məmurların bank hesabları dondurulub – Həbslər artır
Tarix: 08-11-2017 10:13 | Bölmə: Xəbərlər
Məmurların bank hesabları dondurulub

Səudiyyə Ərəbistanında antikorrupsiya əməliyyatı çərçivəsində saxlanılan bir sıra məmurların bank hesabları dondurulub. Məlumata görə, əməliyyat başlayandan sonra 1200 bank hesabı dondurulub.

Reyting.az saytı Trend-ə istinadla xəbər verir ki, Krallıqda gözlənilən yeni antikorrupsiya əməliyyatı çərçivəsində 500-dən çox məmur həbs edilə bilər.

Qeyd edək ki, noyabrın 4-də Səudiyyə Ərəbistanında vəliəhd Məhəmməd bin Salmanın rəhbərliyi ilə Korrupsiya ilə mübarizə üzrə Ali Komitənin yaradılması haqqında fərman imzalanıb.

Növbəti gün Ali Komitə sabiq nazir, hərbçi və sahibkarların da daxil olduğu 40-a yaxın nüfuzlu şəxsin saxlanması barədə əmr verib.

Dondurulan hesablarda ümumilikdə 800 miyard dollara yaxın vəsait var.

Səudiyyədən verilən rəsmi məlumata görə, bütün bu vəsaitlər, o cümlədən həbs edilənlərin əmlaklar dövlətin xeyrinə müsadirə olunacaq.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}