11:52 / 19-04-2024
BDU tələbəsi intihar edib
10:39 / 19-04-2024
Bitcoin ucuzlaşıb
Partiya rəhbəri həbsdə qaldı - Qərar
Tarix: 09-11-2017 14:51 | Bölmə: Xəbərlər
Partiya rəhbəri həbsdə qaldı

"Azərbaycan Karlar Cəmiyyəti” İctimai Birliyinin sədr müavini Musa Tükənov barəsində seçilmiş həbs qətimkan tədbiri ilə bağlı apellyasiya şikayəti verib.

Bakı Apellyasiya Məhkəməsində, hakim Qail Məmmədovun sədrliyi ilə keçirilən iclasda qərar elan olunub.

Qərara əsasən, M.Tükənovun apellyasiya şikayəti təmin edilməyib, birinci instansiya məhkəməsinin çıxardığı qərar dəyişdirilmədən saxlanılıb.

Qeyd edək ki, M.Tükənov 2 nəfər əlil şəxsin Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə verdiyi şikayət əsasında həbs edilib. Binəqədi Rayon Məhkəməsinin qərarı ilə onun barəsində 2 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

M.Tükənovun barəsində Cinayət Məcəlləsinin 311.3.2-ci (Rüşvət alma (passiv rüşvətxorluq), təkrar törədildikdə), 311.3.3-cü (Rüşvət alma (passiv rüşvətxorluq), külli miqdarda törədildikdə) və 308.2-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham irəli sürülüb.

O, həmin ittihamları qəbul etmədiyini deyib.

Xatırladaq ki, Musa Tükənov həm də Azərbaycan Vahid Kommunist Partiyasının rəhbəridir.(Report)




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}